Venesuelada zəlzələnin qurbanlarının sayı 6509-a çatıb
25 Avqust 2026 10:45   Paylaş

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6509 nəfərə yüksəlib.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigezin Teleqram kanalında dərc edilmiş açıqlamasında bildirilib.

Qeyd olunub ki, yeraltı təkanlarla əlaqədar 226 min 696 nəfər yaralanıb və tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. 25 mindən çox evə ciddi ziyan dəyib.

Xatırladaq ki, Venesuelada iyunun 24-də 7,2 və 7,5 bal gücündə zəlzələlər baş verib.



Stabil.Az