Ukrayna PUA-ları gecə Ufanı hədəfə alıb, neft emalı zavodunda yanğın çıxıb
19 Avqust 2026 12:24   Paylaş

Ukrayna PUA-larının gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın başlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib.

"Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün bunlar bərpa olunacaq", - o yazıb.

Onun sözlərinə görə, altı PUA-dan dördü vurulub, onlardan biri sənaye zonasına düşərək yanıb.



Stabil.Az