Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını alqışlayıb
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmaq qərarını alqışlayaraq ABŞ Administrasiyasının və Konqresinin konstruktiv yanaşmasını yüksək qiymətləndirib.
"Stabil.az" xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada qeyd edilib ki, Türkiyənin də uzun müddətdir dəstəklədiyi bu mühüm addımla Suriyanın iqtisadi baxımdan dirçəlməsi və yenidən qurulması qarşısındakı ən böyük maneələrdən biri aradan qaldırılıb.
“İnanırıq ki, bu qərar Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin gücləndirilməsinə, habelə ölkədə təhlükəsizlik və sabitliyin davamlı şəkildə bərqərar olunması istiqamətində göstərilən səylərə təkan verəcək.
Bu dövrdə beynəlxalq ictimaiyyəti də səylərini firavan Suriya naminə birləşdirməyə və bu baxışı təhlükə altına atan təcavüzkar əməllərə son qoyulması üçün üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə çağırırıq” - deyə XİN-in açıqlamasında bildirib.
Haqqımızda
Əlaqə





