Trampdan İrana xəbərdarlıq: “Onları çox sərt vuracağıq”
31 Avqust 2026 18:58   Paylaş

ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

"Biz onları çox sərt vuracağıq", - Tramp deyib.

Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib. İran isə ABŞ-ın İordaniyadakı hərbi mövqelərinə zərbələr endirib.



Stabil.Az