Tramp sentyabrda İrlandiyaya səfər edəcək
24 Avqust 2026 12:14   Paylaş

ABŞ Prezidenti Donald Tramp gələn ay İrlandiyaya səfər edərək özünün Doonbegdəki qolf meydançasında keçiriləcək “Irish Open” turnirini izləyəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Səfər zamanı Amerika lideri özünə məxsus qolf meydançasında keçiriləcək İrlandiya Açıq Qolf Turnirinə qatılacaq. Nəşrin məlumatına görə, onun İrlandiyaya səfəri yarışın son iki gününə — 12 və 13 sentyabr tarixlərinə təyin olunub. Qeyd olunur ki, Tramp prezident qismində sonuncu dəfə bu qolf klubuna 2019-cu ildə baş çəkib.



Stabil.Az