Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb
19 Avqust 2026 23:38   Paylaş

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb.

"Stabil.az" xəbər verir ki, o, Şimali Koreyanı nüvə silahı proqramından imtina etməyə inandırmaq üçün diplomatik səylərinin canlanacağını bildirib.

Tramp əlavə edib ki, Şimali Koreyanın nüvə arsenalına keçmiş prezidentlər heç vaxt icazə verməməli idilər.

"Mən onunla çox yaxşı yola gedirəm. Ağıllı prezidentimiz olduğu müddətcə o da yaxşı olacaq”,- deyə Tramp vurğulayıb.



Stabil.Az