Tramp: ABŞ və İran arasında yeni təmaslar qurulub
29 Sentyabr 2026 11:08   29 Sep 2026 12:04 Paylaş

ABŞ və İran tərəfləri münaqişənin nizamlanması məqsədilə vasitəçilər vasitəsilə yeni təmaslar qurublar.

"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Bəli, onlar bunu ediblər", - o, təfərrüatları açıqlamayıb.

Tramp əlavə edib ki, ABŞ İranla müharibədə "çox tezliklə" qalib gələcək: "Anladığım qədərilə, biz bu və ya digər şəkildə qələbə qazanmağa hazırlaşırıq. Hər şey kifayət qədər tez bitəcək".

Ağ Evin rəhbəri bildirib ki, ABŞ müharibədə qalib gəldikdən sonra benzinin qiyməti kəskin şəkildə aşağı düşəcək, neftin dəyəri isə müharibədən əvvəlki səviyyəyə enəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol