Tramp ABŞ-də kosmik uçuşların sayını artırır
21 Avqust 2026 14:42   Paylaş

ABŞ Prezidenti Donald Tramp ölkədə hər il həyata keçirilən kosmik uçuşların sayının 2030-cu ilədək 1000-ə çatdırılmasını nəzərdə tutan memorandum imzalayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənəddə 2030-cu ilədək ABŞ-də kosmik daşımaların həcminin hər il 1000-dən çox uçuşun və enişin həyata keçirilməsinə imkan verəcək səviyyəyə çatdırılması nəzərdə tutulur. Hazırda ABŞ-də ildə orta hesabla 200-dən çox kosmik uçuş həyata keçirilir.

Bundan əlavə, Donald Tramp Marsın səthinə robotların kommersiya məqsədilə göndərilməsi, insanların Marsa uçuşunun və onların Yerə qaytarılmasının mümkünlüyünün araşdırılmasını tapşırıb.

ABŞ Prezidenti, həmçinin dövlət qurumlarına özəl sektor tərəfdaşları ilə kosmik nəqliyyat infrastrukturunun birgə inkişafını təşviq etmək və müvafiq icazələrin verilməsi prosedurlarını sürətləndirmək barədə göstəriş verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol