“The Times of Israel”: ABŞ İranla danışıqların bərpası üçün Pakistanın yardımını istəyib
ABŞ Prezidenti Donald Tramp ötən həftə Pakistan quru qoşunlarının baş komandanı Asim Munirlə onun bugünkü Tehran səfəri ərəfəsində telefon danışığı aparıb.
"Stabil.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə üç Pakistan mənbəsi məlumat verib.
Onlardan birinin sözlərinə görə, ABŞ-nin əsas xahişi İranın danışıqlar masasına qayıtmasına kömək etmək olub. Digər iki mənbə bildirib ki, danışıq Trampın təşəbbüsü ilə baş tutub.
Mənbələr bildirib ki, Munir İranın ali rəhbəri Müctəba Xameneiyə yaxın şəxslərlə görüşəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





