Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub
15 Sentyabr 2026 16:08   16 Sep 2026 00:38 Paylaş

Bu il Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 235 şagird yeni tədris ilinə başlayıb. Onlardan 21-i ilk dəfə məktəbə qədəm qoyan birincilərdir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxış edənlər təhsil işçilərini və şagirdləri təbrik edib, onlara tədris ilində uğurlar arzulayıblar.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına xüsusi diqqət göstərilir. Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə də şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Artıq 3-cü ildir ki, məktəbdə Bilik Günü qeyd edilir. Bu il məktəbi bitirən məzunlardan 4 nəfər ali təhsil müəssisəsinə, 2 nəfər isə orta ixtisas təhsil müəssisəsinə qəbul olub.

Sonra yeni dərs ilinin zəngi çalınıb, müəllim və şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol