SOCAR Polymer 7 ayda ümumi dəyəri 154 milyon dollardan çox olan məhsul ixrac edib
28 Avqust 2026 15:23   Paylaş

Cari ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC 154,4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 3,5 milyon dollar azdır.

"Stabil.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 157,9 milyon dollar olub.



Stabil.Az