Si Cinpin: Çin və ABŞ arasında dinc münasibətlər üçün şərait yaradılmalıdır
24 Sentyabr 2026 11:47   Paylaş

Çin lideri iki ölkənin dinc yanaşı yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində tədbirlər görülməli olduğunu deyib.

"Stabil.az" xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanan yazılı müraciətində bildirib.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ kimi iki böyük dövlətin dinc yanaşı yaşadığı yeni dövrə aparan düzgün yol müəyyən edilməlidir.

"İki tərəf Çin və ABŞ kimi iki böyük dövlətin dinc yanaşı yaşadığı yeni dövrə aparan düzgün yolu müəyyən etməlidir", - deyə Çin lideri vurğulayıb.

Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki ölkə arasındakı münasibətlər və beynəlxalq vəziyyətlə bağlı əsas məsələlər ətrafında daha ətraflı fikir mübadiləsi aparmağa ümid etdiyini bildirib.

"Mən Prezident Tramp ilə ölkələrimiz arasındakı münasibətlər və beynəlxalq vəziyyətlə bağlı mühüm məsələlər ətrafında dərin fikir mübadiləsi aparmağa, Çin və ABŞ arasında konstruktiv strateji sabitlik münasibətlərinin məzmununu davamlı şəkildə zənginləşdirməyə, eləcə də ölkələrimiz arasında bütün sahələrdə mübadilə və əməkdaşlıq imkanlarını genişləndirməyə ümid edirəm", - deyə Si Cinpin qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol