ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb
1 Sentyabr 2026 11:44   01 Sep 2026 12:31 Paylaş

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır.

Hazırkı sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub.

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında sədrlik edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol