SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb
31 Avqust 2026 10:34   31 Aug 2026 12:55 Paylaş

Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib.

"Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib", - SEPAH-dan qeyd olunub.

SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin taleyi bundan fərqli olmayacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol