Şamaxıda zəlzələ baş verib
2 Sentyabr 2026 09:34   02 Sep 2026 11:11 Paylaş

Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:39-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.



Stabil.Az