Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıtmağa hazırlaşır
Böyük Britaniya şahzadəsi Harri, Meqan Markl və övladları Böyük Britaniyaya qayıtmağı planlaşdırırlar.
"Stabil.az"ın "The Daily Telegraph" qəzetinə istinadən məlumatına görə, Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu və ailəsi avqustda ABŞ-dən köçəcək və Londonun kənarında kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda məskunlaşacaqlar.
Nəşrin məlumatına görə, onların övladları - yeddi yaşlı Arçi və beş yaşlı Lilibet Diana - artıq sentyabr ayında gedəcəkləri məktəbə qeydiyyata yazılıblar.
Lakin Şahzadə Harri və Meqan Markl altı il əvvəl elan etdikləri qərara uyğun olaraq kral vəzifələrinə qayıtmaq niyyətində deyillər.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, Kral III Çarlz oğlunun planlarından 16 avqustda xəbər tutub. Harrinin qardaşı, varisi Şahzadə Uilyam və həyat yoldaşı Şahzadə Ketrinə də məlumat verilib.
Mənbələr bildirib ki, Böyük Britaniya Sasseks hersoqu və hersoginyasının əsas yaşayış yeri olacaq. Eyni zamanda, onlar ABŞ və Portuqaliyadakı evlərini saxlayacaqlar.
Haqqımızda
Əlaqə





