“Sabah” bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
25 Avqust 2026 11:47   Paylaş

“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”lə cavab oyununu keçirəcək.

"Stabil.az" xəbər verir ki, Bakı klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.



Stabil.Az