Rusiyanın Xarkov vilayətinə raket zərbəsi nəticəsində ən azı 10 nəfər ölüb
Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində ən azı 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib.
Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.
Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.
Haqqımızda
Əlaqə





