Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları genişlənir
25 Avqust 2026 10:13   Paylaş

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınlarının əhatə etdiyi ərazi son sutkada 34 min hektar genişlənərək 439 min 400 hektara çatıb.

"Stabil.az" TASS-a istinadla xəbər verir ki, bölgənin üç rayonunda -Evenki, Turuxansk və Yeniseydə yanğınlar davam edir.

Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğınların söndürülməsində 647 nəfər iştirak edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol