Rusiyanın Çerniqova PUA hücumunda 2 nəfər ölüb, 4 nəfər yaralanıb
26 Avqust 2026 14:05   Paylaş

Rusiya ordusunun Çerniqova endirdiyi dron zərbəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Stabil.az" “Ukrainskaya Pravday"a istinadən xəbər verir ki,  anbara edilən hücumda 4 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

(10:37)

Rusiya Çerniqova dronlarla hücum edib.

"Stabil.az" “Ukrainskaya Pravday"a istinadən xəbər verir ki, dronlar yaşayış binasını hədəfə alıb.

Nəticədə biri azyaşlı olmaqla, iki nəfər ölüb. Bir nəfər isə yaralanıb.

Hücumlar yaxınlıqdakı mağazada yanğına səbəb olub.



Stabil.Az