Rusiya ordusu Ukraynanın hərbi logistika mərkəzlərinə zərbələr endirib
Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərində hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzlərinə zərbələrin endirildiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, nazirliyin məlumatına görə, həmin mərkəzlərdən hərbi yüklərin saxlanması və daşınması üçün istifadə olunub.
Bundan başqa, Yujnıy limanında hərbi texnika ilə yüklənmiş gəmi də vurulub.
Hücumlar zamanı pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilib.
Haqqımızda
Əlaqə




