Rusiya ordusu Kiyevə reaktiv dron zərbələri endirib, 10 nəfər yaralanıb
15 Sentyabr 2026 14:36   15 Sep 2026 15:19 Paylaş

Rusiya ordusu sentyabrın 15-i gecə və səhər saatlarında Ukrayna paytaxtına fasiləsiz reaktiv dron zərbələri endirib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bir saata yaxın davam edən hücum zamanı Kiyevin əsasən mərkəzi rayonlarındakı yanacaqdoldurma məntəqələri hədəfə alınıb.

Məlumata görə, dron zərbələri nəticəsində 10 nəfər yaralanıb, daha 3 yanacaq doldurma məntəqəsi məhv edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol