“Reuters”: İran ABŞ hərbi təzyiqi azaldacağı təqdirdə Hörmüz boğazını açmağa hazırdır
İran ABŞ hərbi təzyiqi azaldıb blokadanı aradan qaldırarsa, Hörmüz boğazını 7 gün ərzində açmağa hazır olduğunu bildirib.
"Stabil.az" xəbər verir ki, bu barədə anonim İran rəsmisi “Reuters“ə danışıb.
“ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli üzrə razılığa gəlməlidir”, - mənbə bildirib.
O əlavə edib ki, BMT Baş Assambleyasında İranı təmsil edən nümayəndə heyəti ABŞ-la diplomatiyanı dirçəltmək üçün tam səlahiyyətlidir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





