Real Borussiyanın müdafiəçisini transfer etmək istəyir
15 Sentyabr 2026 19:15   16 Sep 2026 01:24 Paylaş

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubunun mərkəz müdafiəçisi Niko Şlotterbek "Real"ın (İspaniya) maraq dairəsinə düşüb.

"Stabil.az" "Bild"ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Real" da daxil olmaqla 6 klub maraqlıdır.

Almaniyalı oyunçunun Dortmund təmsilçisi ilə sözləşməsində 60 milyon avro sərbəstqalma məbləği göstərilib. N.Şlotterbek zədə səbəbindən ilk matçları buraxdığı üçün cari mövsümdə Almaniya çempionatında yalnız 1 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, müdafiəçinin "Borussiya" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol