Qızıl və gümüşün qiymətində artım davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti yüksəlib.
“Stabil.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,47% artaraq 4 593 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,28% artaraq 69,79 dollar təşkil edib.
Haqqımızda
Əlaqə





