Qətər və İran XİN Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə edib
27 Avqust 2026 17:41   Paylaş

Tərəflər Hörmüz boğazında müvəqqəti gəmiçilik dəhlizinin yaradılması məsələsini müzakirə ediblər.

"Stabil.az" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı gəmilərin Hörmüz boğazından keçməsi üçün müvəqqəti koridorun yaradılması müzakirə edilib.



Stabil.Az