Qazaxıstanda parlament seçkilərinin nəticələri məlum olub
24 Avqust 2026 16:36   Paylaş

Qazaxıstanda parlament seçkilərinin nəticələri məlum olub.

APA xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin qalibi 71.17% səslə “Adilet” partiyası olub.

Seçkilərdə ümumilikdə 9 milyondan çox insan iştirak edib ki, bu da ölkənin seçki hüququ olan əhalisinin 74.08%-ni təşkil edib.

Xatırladaq ki, “Adilet” partiyası dövlət başçısı Kasım-Jomart Tokayevin kursunu dəstəkləyir.



Stabil.Az