Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri yaradılacaq
27 Avqust 2026 09:16   Paylaş

Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) nəzdində akademik bölmələr fəaliyyət göstərəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr yaradılacaq.

Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.



Stabil.Az