“Qarabağ” Niderlandda “Tvente” üzərində qələbə qazanıb
21 Avqust 2026 09:23   Paylaş

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Tvente”ni məğlub edib.

"Stabil.az"ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.



Stabil.Az