Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
23 Avqust 2026 15:00   23 Aug 2026 23:30 Paylaş

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.



Stabil.Az