Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
23 Avqust 2026 17:36   23 Aug 2026 23:33 Paylaş

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

News about - Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

News about - Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

News about - Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol