Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
24 Avqust 2026 00:12   Paylaş

Azərbaycan və Özbəkistanın irəliləmək üçün çox dəqiq fəaliyyət planı var.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib.

“İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Buraya üçdəbir hissəsi layihələrlə təmin olunmuş investisiya fondunu, həmçinin Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu, artıq milyardlarla investisiya deməkdir”, - deyə Prezident əlavə edib.



Stabil.Az