Prezident: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
24 Avqust 2026 00:10   Paylaş

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı bu sintezə dünya siyasətində o qədər də tez-tez rast gəlinmədiyini vurğulayaraq qeyd edib ki, hər iki ölkənin hökumətlərinin inkişafa, insanların həyatı üçün daha yaxşı şərait yaradılmasına və səylərin birləşdirilməsinə yönəlmiş istəyi uğur qazanacağımızın ən mühüm amilidir.



Stabil.Az