Pezeşkian: İranın ABŞ ilə razılaşmaq üçün şərtləri beynəlxalq hüquqa əsaslanır
25 Sentyabr 2026 12:13   Paylaş

İran prezidenti Pezeşkian ölkəsinin ABŞ ilə razılaşmaya hazır olduğunu və tələblərini beynəlxalq hüquq çərçivəsində irəli sürdüyünü bildirib.

"Stabil.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Tehran beynəlxalq hüquqa əsaslanan razılaşma əldə etməyə çalışır və indiyədək bundan artıq heç nə tələb etməyib.

Pezeşkianın sözlərinə görə, ABŞ tərəfi də bu yanaşmanı qəbul edərsə, İran razılaşma əldə etmək üçün danışıqlara hazırdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol