Pezeşkian: ABŞ ilə danışıqlar təslim olmaq deyil
ABŞ ilə danışıqlar təslim olmaq deyil, İranın gücünün zirvəsində olduğu bir vaxtda müdriklik, şərəf və milli maraqları nəzərə alaraq addım-addım irəliləmək deməkdir.
"Stabil.az"ın İran mediasına istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pazeşkian deyib.
Dövlət başçısı ABŞ ilə müharibə və danışıqların mümkünlüyünü vurğulayıb. O, qeyd edib ki, İran ərazi bütövlüyünü müdafiə edir və müharibəni məqsəd kimi görmür: "Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaqdır".
Pezeşkian vurğulayıb ki, ABŞ ilə danışıqlar təslim olmaq demək deyil: "Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət etmək vacibdir".
Haqqımızda
Əlaqə





