Oman sahillərində neft tankerinə zərbə endirilib
25 Avqust 2026 09:50   Paylaş

Oman sahillərində neft tankeri hücuma məruz qalaraq zədələnib və hərəkətini itirib.

"Stabil.az"ın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib.

Hücum nəticəsində mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib.

Ekipaj təhlükəsiz şəraitdədir. Ətraf mühitə heç bir ziyan dəyməyib.

Digər təfərrüatlar, o cümlədən gəminin adı, qeydiyyat limanı açıqlanmır.



Stabil.Az