“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib
18 Avqust 2026 13:20   Paylaş

İngiltərənin “Nyukasl” klubu Portuqaliyanın “Benfika” komandasının futbolçusu Amar Dediçin transferini açıqlayıb.

"Stabil.az" İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bosniya və herseqovinalı oyunçunun transferi 35 milyon avroya başa gəlib. Futbolçu yeni komandasında 37 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Amar Dediç 2025-ci ilin iyulundan “Benfika”da çıxış edirdi. O, Lissabon təmsilçisinə “Zalsburq”dan 12 milyon avro qarşılığında keçmişdi. Dediç ötən mövsüm Portuqaliya çempionatında 24 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.



Stabil.Az