“Nvidia”nın xalis mənfəəti 59,69 milyard dollara çatıb
27 Avqust 2026 15:44   Paylaş

Amerikanın “Nvidia” şirkətinin xalis mənfəəti ötən illə müqayisədə iki dəfədən çox artıb.

"Stabil.az" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, gəlir göstəricisi də iki dəfə artaraq 96,22 milyard dollara çatıb.

"Süni intellekt dönüş nöqtəsinə çatıb... İndi hesablamalar gəlir deməkdir. Tələbat isə sürətlə artır", - "Nvidia"nın banisi və baş direktoru Censen Huanq bildirib.

Cəmi üç il əvvəl "Nvidia"nın rüblük mənfəəti 6,2 milyard dollar təşkil edirdi. "The New York Times" qeyd edir ki, bu cür artım şirkətin süni intellektin işini təmin edən yarımkeçiricilər bazarının təxminən 90 %-nə nəzarət etməsi sayəsində baş verib. Cari rübdə şirkət gəlirinin 90 % artaraq 108 milyard dollara çatacağını gözləyir. Bununla belə, şirkətin maliyyə direktoru Kolet Kres xəbərdarlıq edib ki, tədarükdə davam edən qıtlıq ən azı 2028-ci ilin yanvarınadək dar boğaz olaraq qalacaq.

Analitiklər 91,96 milyard dollar gəlir müqabilində mənfəətin 50,94 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırdılar. Artımın əsas hərəkətverici qüvvəsi gəlirləri 117 % artaraq 89 milyard dollara çatan və bütün satışların 90 %-dən çoxunu təşkil edən data mərkəzlər seqmenti olaraq qalır.



Stabil.Az