Niko Qonsales “Mançester Siti”dən ayrılaraq “Nyukasl”a keçə bilər
24 Avqust 2026 21:33   Paylaş

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Niko Qonsalesin “Nyukasl”a keçidi gözlənilir.

"Stabil.az" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, tərəflər 24 yaşlı yarımmüdafiəçinin transferinə görə razılığa gəliblər.

"Sağsağanlar" ispan oyunçu üçün qarşı tərəfə təxminən 50 milyon funt sterlinq ödəyəcək.

Xatırladaq ki, Niko Qonsales 2025/2026 mövsümündə 41 oyunda 2 qolla yadda qalıb.



Stabil.Az