Nepalda güclü daşqınlar 17 nəfərin həyatına son qoyub
26 Avqust 2026 16:07   Paylaş

Nepalın Rasuva rayonunda Bxote-koşi çayında suyun səviyyəsinin qalxması nəticəsində baş verən güclü daşqınlarda ölənlərin sayı 17 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə BBC polis məlumatlarına istinadən bildirib.

Nepal Turizm İdarəsi bildirib ki, daşqından zərər çəkmiş rayonda olan 291 turistin və bələdçilər də daxil olmaqla 93 Nepal vətəndaşının yerinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Onların arasında Böyük Britaniya və digər ölkələrdən olan 12 səyahətçi də var.



Stabil.Az