Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
14 Sentyabr 2026 14:42   14 Sep 2026 15:23 Paylaş

Bu ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 172 milyon 999 min 300 manat olub.

"Stabil.az" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2480,6 manat təşkil etmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol