NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır
19 Avqust 2026 20:34   19 Aug 2026 21:48 Paylaş

NATO İrandan Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endiriləcəyi təqdirdə üzv ölkələrinə yönələn təhdidlərə cavab verməyə hazırdır.

"Stabil.az" xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi CNN-ə bildirib.

"NATO istənilən təhdidə qarşı durmağa hazırdır və müttəfiqləri qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - o qeyd edib.

Bu açıqlamalar "Financial Times" qəzetinin İrana yaxın mənbələrə istinadən Tehranın Vaşinqtonun müharibəni genişləndirməsi halında Avropadakı ABŞ hərbi obyektlərinə hücum ehtimalını nəzərdən keçirdiyini bildirməsindən sonra səsləndirilib.

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində təsbit edilmiş kollektiv müdafiə prinsipinə əsasən, alyans üzvlərindən birinə edilən hücum hamıya edilmiş hücum kimi qiymətləndirilir. Bu günə qədər bu maddə yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş terror aktlarından sonra həyata keçirilib.



Stabil.Az