Meksikada 5,7 maqnitudalı zəlzələ baş verib
18 Avqust 2026 11:17   18 Aug 2026 11:21 Paylaş

Meksikanın Çyapas ştatında 5,7 maqnitudalı zəlzələ baş verib.

"Stabil.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilir.

Zəlzələ 200 mindən çox insanın yaşadığı Tapaçula şəhərindən 122 km cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.



Stabil.Az