“Mançester Yunayted”in müdafiəçisi Nussair Mazraui İtaliya klubuna keçə bilər
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Nussair Mazraui karyerasını İtaliyada davam etdirə bilər.
"Stabil.az" "CaughtOffside"a istinadən xəbər verir ki, "Milan" 28 yaşlı futbolçunun transferində maraqlıdır.
İtaliya klubunun baş məşqçisi Ruben Amorim mərakeşli müdafiəçini heyətində görmək istəyir.
"Milan" daha əvvəl də N.Mazraui ilə maraqlansa da, o, prioritet variant olmayıb. Başqa bir transferin boşa çıxmasından sonra İtaliya təmsilçisi müdafiəçi ilə yenidən maraqlanmağa başlayıb.
Qeyd edək ki, N.Mazraui bu mövsüm İngiltərə Premyer Liqasında 1 matçda meydanda olub. "Transfermarkt" portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





