Mamadu Sarr “Çelsi”dən “Real Sosyedad”a keçib
İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Mamadu Sarr icarə əsasında İspaniyanın “Real Sosyedad” klubuna keçib.
"Stabil.az"ın xarici mediaya istinadən məlumatına görə, 20 yaşlı seneqallı futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
"Çelsi" M.Sarrı 2025-ci ilin yayında "Strasburq"dan transfer edib. Müdafiəçi komandanın heyətində klublararası dünya çempionatında debüt edib, sonra icarə əsasında Fransa klubuna qayıdıb.
2026-cı ilin fevralında "Çelsi" Sarrı icarədən vaxtından əvvəl qaytarıb. Müdafiəçi London klubunda 7 oyun keçirib.
Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü il iyunun sonuna qədər nəzərdə tutulub.
Haqqımızda
Əlaqə





