“Liverpul” Yankuba Minte üçün 80 milyon funt ödəməli olacaq
İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Brayton"un hücumçusu, Qambiya millisinin üzvü Yankuba Minteni heyətinə qatmaq niyyətindədir.
"Stabil.az" "Give Me Sport"a istinadən xəbər verir ki, "Brayton" 22 yaşlı qambiyalı vinqer üçün 80 milyon funt-sterlinq tələb edir.
Mersisayd təmsilçisi bu məbləği ödəməyə hazır olmasa da, futbolçu üçün sonuncu təklifini təqdim etmək niyyətindədir.
Qeyd edək ki, "Brayton" daha əvvəl "Liverpul"un 60 milyon funt-sterlinqlik ikinci təklifini rədd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





