“Liverpul” İsmaila Sarr transferinə hazırlaşır
26 Avqust 2026 20:34   Paylaş

İngiltərə klubu “Liverpul” “Kristal Pelas”ın futbolçusu İsmaila Sarrı transfer etmək üçün təklif göndərib.

"Stabil.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mersisayd təmsilçisinin 28 yaşlı vingerə görə ilkin təklifi 50 milyon funt sterlinqdir.

Xatırladaq ki, 2024-cü ildən "Kristal Pelas"da çıxış edən İsmaila Sarr Seneqal millisinin üzvüdür.



Stabil.Az