Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
24 Avqust 2026 20:43   25 Aug 2026 00:14 Paylaş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.

Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.

News about - Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub

News about - Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub



Stabil.Az