Latviya Ukraynanın enerji sektoruna 200 min avroluq yardım paketi ayırıb
25 Avqust 2026 17:49   Paylaş

Latviya Çerniqov vilayətinin enerji sektoruna dəstək məqsədilə təxminən 200 min avro ayırıb.

"Stabil.az"ın məlumatına görə, bunu Latviyanın xarici işlər naziri Bayba Brajena sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, maliyyə yardımının məbləği təxminən 200 min avro təşkil edir.

"Latviya Rusiyanın hücumlarına baxmayaraq, Ukraynanın enerji dayanıqlığını gücləndirməyə çalışır", – Brajena qeyd edib.



Stabil.Az