Konqoda Ebola qurbanlarının sayı 3 min nəfəri ötüb
2 Sentyabr 2026 14:56   02 Sep 2026 15:35 Paylaş

Konqo Demokratik Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 3 min nəfəri ötüb.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, Konqo hökumətinin məlumatına görə, ölənlərin sayı 3 007-yə, təsdiqlənmiş yoluxma hallarının sayı isə 6 186-ya çatıb.

Ebola virusunun Bundibucyo növünün səbəb olduğu epidemiya miqyasına görə 2018-2020-ci illər epidemiyasını geridə qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölüm hallarının təxminən 60 %-i müalicə müəssisələrindən kənarda baş verir.



Stabil.Az